خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

Vətən sağ olsun

یازار yazar :حسین واحدى
تاریخ:1390.11.9-08:49

Vətən sağ olsun

yazan: Hüseyn vahedi



Bir an ayaq üstdə durub, neçə addım atmaq, dörd iliydi ona həsrət olmuşdu. Ata-ana yardımı ilə hər işini edirdi. Dörd il bundan öncə Ayaz-ın bir araba toqquşmasında, iki ayağı-da sınıb beli isə ağır zərbə görmüşdü. İmam Riza (ə) ziyarətinə gedəndə, "ya imam Riza (ə) mənə şəfa ver düzəlim, torpaqlarımızı düşmən əlindən qurtarmaq üçün Qarabağ savaşına gedim" – demişdi. Ana-sı ilə ata-sı əllərindən gələni əsirgəməmişdirlər. Ata-sı ev-lərində satıb Ayazın müalicəsinə xərc etmişdi, ana isə bütün qızılların. Doktorlar yavaş-yavaş Ayazın sağalmasına ümüdlənirdilər. Ayaz namazdan sonra saatlarca Quran oxuyub Tanrı-yla munacat edirdi...        

Bala-bala ayaqları üstündə yol getməyi bacara bilmişdi. Sevincindən nə edəcəyini bilmirdi. Ata-anasına "yaşam boyu, sizə borcluyam"-deyirdi. Ayaz bir daha sağlamlığı ələ gətirib, arzısına yetişmişdi. O əsgərligə getməyi düşünürdü. Əmisi oğlu Aydın-la birlikdə əsgərliyə getməyə qərar vermişdirlər. Aydın-ın əsgərlik vaxtıydı, Ayaz-ın isə iki il xəstə olduğu üçün əsgərliyindən keçirdi. İkisidə əsgərliyə getmək hazırlıqların aparıb yollanmaq günü gəlib çatmışdı. Ata-anaları onları yola salmağa gəlmişdirlər. 

Vətən övladları bir-bir ata-analarından sağollaşıb otobusa minirdirlər. Ayaz-ın ata-anası ondan ayrıla bilməyirdilər. Onların əzdirib becərdikləri elə təkcə bu bir uşağıydı...                                                                     

Otobus yola düşmüşdü. Ayaz yolların gözəlliyinə baxa-baxa, düşünürdü. Aydın isə yanındakı əsgər ilə danışırdı. Axşam üstüydü, günəş Bakı-dan sağollaşmaqdaydı. Otobus saxlov-a yetişmişdi. Əsgərləri saxlovun içərisinə apardılar...                        

İki ay, savaş öyrətimi, tezliklə sona çatdı. Əsgərlərin çoxu Qarabağ-a yaxın saxlovlara yollanıldılar. Ayaz ilə Aydın, bir yerə düşmüşdürlər. Günlər çox hızlı gedirdi və ana torpağa qulluq etmək onları gücdən salmırdı. Axşamları düşmən yaxın kəndlərə atəş açıb oradakı silahsız əsgərləri qorxuya salırdı. Ayaz ilə Aydın isə o atəşli xəttin ən yaxınlarındaydılar və hər gün başqa yoldaşları ilə birlikdə keşik verirdilər...                              

Günəş dağların başından əsgərlərə salam verə-verə göyə yüksəlirdi. Gündüün o çağında, bir əkinçi qaça-qaça saxlova sarı gəlirdi. Aydın, "dayan-dayan! ... səninləyəm dayan" –deyib, kişi dayanandan sonra "yüz başı-nı görmək istəyirəm" –dedi! Aydın tez yaxında olan əsgərlərin birindən yüz başı-nın çağırmasını istədi. Əkinçi, vay xəbəri gətirənlər kimi ağlaya-ağlaya başını döyürdü. Yüz başı əsgərlərə "qapını açın içəri gəlsin" –buyuruq etdi. Kişi içəri gəlib yüz başıya " sayın yüz başı, ailəm, qohumlarım, kəndlilər, ... hamısını düşmən gecə ilə qırıbdı!" –deyib, bir daha baş-gözünü döydü. Kişi "gecə yarısı Erməni-lər kəndi basıb, kiçikli-böyüklü hamını şəhid ediblər, məndə o gecə kənddə olmadığım üçün diri qalşışam" –Artırıb, "məndə ölüb bu günü görməyəydim" –dedı. Bütün saxlovu kədər bası. Hamı səssizcə öz işindəydi. Bəzilər göz yaşlarını saxlaya bilmədilər. Yüz başı, bu acı xəbəri mərkəzə verib neçə əsgər ilə birlikdə,  saldırı olan kəndə getdilər. Ayaz isə gedənlərdəniydi. Az qalırdı  yürəyi yerindən çıxıb, partlasın. Odlu baxışlarıyla bölgəyə baxırdı...                    Tanrım! Sən yaratdığın əşrəf-i məxluqat bunlardılarmı? İnsanda bu qədər yabanlıqmı (vəşiliqmi) var? Yerə-göyə atəş açıb, qurşunlar vurmuşdurlar. Körpə, qoca, gənc, qadın, kişi ... hamını öldürmüşdürlər. Yaxın kəndlərdən gələnlərin yardımı ilə şəhidləri quylayıb, əsgərlər isə əsgər evinə döndülər. Ayaz, "orda olub, düşməni qırardım" –deyirdi. Amma nə fayda...                               

 Axşam çağlarıydı, Günəş doğa-ya sərmiş qızıl ilə parlaq saçlarını götürüb aparmaq istəyirdi. Bir azdan yüz başı, əsgərlərə danışmaq üçün onları səsləyib bir yerə yığdı. O "saın əsgərlər! Ölkənin igid qoçaqları, mərkəzin dediyinə görə və əlimizə çatan xəbərlərə görə, düşmən sabah gecə Çiçəkli kəndinə hücüm çəkəcək" –deyib, "bizdə onlarla savaşmağa, gedəcəyik" –artırdı. Əsgərlərin hamısı bir xoş xəbər eşidənlər kimi haray çəkib, bir-birlərini bağrılarına basdılar. Ayaz, Aydına "istədiyim vaxt gəlib çatıb, indi intiqam vaxtıdı" –dedi.      

Səhər çağıydı, yaxın kəndlərdən əzan səsi ətirini göylərə səpələyirdi. Əsgərlər Tanrı-yla munacat edədib, silahların hazırlamaqdaydılar. Bir azdan Çiçəkli kəndinə doğru yürüyəcəkdirlər.                                                     

Gün orta olmuşdu. Günəş yaz-ın gözəl çağında doğaya hükümət edirdi. Kəndin adamları, uzaqdan əsgərləri görüb, sevindilər. Əsgərlər savaş arabalarıyla kəndə yetişdilər. Yüz başı, hər kimsənin harada dayanacığını göstərib, kişilər ilə birlikdə, kəndin ağ saqqalının evinə toplandılar. Qadın-lar ilə uşaqlar bir arxayın sığınacağa aparıldılar...                                                                       

Üç gecə-gündüzüydü əsgərlər kənd-dəydilər. Düşmən o üç gündə kənd-də gəlməmişdi. Kəndlilərin istəyi ilə, onlar bir gecədə orada qalmmalı oldular. Gündüz, gecə olmuşdu. Saat üçü göstərirdi. Ayaz ilə Aydın bir yerdəydilər. Onlar dörd gözlü buyan-oyana baxırdılar. Ayaz, Aydına "elə bil, üz-üzə olduğumuz, təpədən bir zadlar aşağı düşürlər" –dedi. Aydın hər yana baxıb ber zad görmədi. Ayaz diqqətlə birdə baxanda düşmən əsgərlərinin birinin kimlik boyun bağsının parlamasını görüb, tez yüz başı-ya xəbər verdi. Əsgərlər silahların atəş açmağa hazır etdilər. Yüz başı, əsgərlərə "mən deyəndə, atşə açın" –deyib öz yerinə getdi... 

Yüz başı-nın atəş açın səsi ilə, qurşunlar açıldı! Düşmən çox yaxınlaşmışdı. Özlərin tapana neçəsi həlak oldu. Qalanlar, qayalar arxasında gizləndilər. İgid əsgərlər neçə saatıydı Düşmənlə döyüşürdülər. Ayaz ilə Aydın bir-birə yardım edib, düşmənə qurşrn açırdılar. Düşmənin çoxunu bunlar həlak edirdilər... Düşmən bunu anlamışdı və çalışırdı o açı-nı bağlasın ... və Ayaz vuruldu...                                                                           

Ayaz-ın harayı yer-göyü sökə-sökə kəndə dağıldı. Qan axar bulaq kimi Ayazın bədənindən yerə axırdı. Aydın tez Ayaz-ı onlarla gələn doktorun çadırına apardı. Onların yerinə iki başqa əsgər keçib, yenə düşməni atəşə bağladılar. Aydın ağlayırdı. Ayazın qanı kəsilmirdi. Ayazı arabaya mindirib, xəstə xanaya aparmaq üçün yola düşdülər. Ayaz bayılmışdı. Aydın isə arabadaydı. Aydın, Ayaz-a "gözlərini aç, indi yetişərik" –deyirdi. Bir azdan Ayaz gözlərini açdı. Hüşü başına gələr-gəlməz, Aydin-a baxıb, "sonunda, arzıma çatıb, vətənə layiq bir oğul oldum" –dedi. Aydın göz yaşlarını saxlaya bilməyirdi...                                                                        

  Araba sürətlə gedirdi. Telsiz-dən yüz başı-nın səsi gəldi. Əsgə! Əsgər! Aydın cavab verib "buyurun sayın yüz başım" –dedi. Yüz başı uca səs ilə bağırıb dedi: Ayaz, oğlum!... Sən yaşamalısan... Sizlərin candan keçmələrinizlə düşməni həlak etdik... Bütün kəndliləri qoruduq...                                                                                                 

 Ayaz gülümsəyə-gülümsəyə, ağlayırdı! Tanrı-ya şükür edirdi. Aydın-a baxıb dedi: ana, mənim üçün ağlamasın, de! Oğlun qoçaq bir oğul kimi, vətən yolunda canından keçdi. Ona "VƏTƏN SAĞ OLSUN" –de. O anda Aydın, Ayaz-ın üzündən öpüb, "sən yaşamalısan" –dedi. Ayaz gülümsəsini pozmayıb, qoçaq igid kimi, gözlərini dünyaya bağladı...                                                            

Yazan : Hüseyn Vahedi – Urmiyə - 2011


یازی تورو : حيكايه 

گؤندر - کلوب‌دات‌کام
باخیش لار(2) 
[cb:post_like]


Related Posts Plugin for WordPress, Blogger...