گنج اوغلانین آتاسینا سواللاری..
یازار yazar :حسین واحدى
تاریخ:1394.10.4-05:45
Gənc oğlanın atasına sualları..
Oğlan: Ata, dünyada insanı yaşadan ən böyük istək nədir?
Ata: Övladlarının sağlığını görüb, xoşbəxtliklərinə sevinmək.
Oğlan: Bəs övladı olmayanları həyatda yaşadan ən böyük istək nədir?
Ata:
Bilirsən, oğlum, həyatda insanı yaşadan hər hansı bir hisslərdir.
Bunlar da şəraitə uyğun olaraq dəyişir. Kimi evladına görə yaşayır, kimi
var-dövlətə görə, kimsə də heç yaşadığını belə anlamır, sadəcə həyat
yollarında sürünür.
Oğlan:Ata deməli insan nəyə görəsə yaşayır?
Ata:
Bəli oğlum, insanı həyatda yaşadan hər hansı bir qüvvə olmalıdır ki,
həyat yollarındakı buzlu yollarda büdrəyib yıxılan zaman ayağa durmağa
məcbur edən qüvvə köməyə gəlsin.
Oğlan:Birdən insanı həyata bağlayan həmin qüvvə insanı tərk etsə necə?
Ata:
Bax onda oğlum əsl əzab başlayır. Nə üçün yaşadığını anlamırsan, sadəcə
verilən ömürü birtəhər yaşamağa çalışırsan. Amma bu belə uzun çəkmir.
İllər insana ən güclü dərman olur. Yenidən sıfırdan başlayırsan. O
xoşbəxt anlarını yenidən geri qaytaracağını özünə söz verirsən. Bəzən
mümkün olur, bəzənsə yox...
Oğlan: Ata, həyatda mümkün olmayanı mümkün etmək mümkündürmü?
Ata:
Allahın sənə bəxş etdiyi həyat sənin öz əlindədir. İstəyirsən onu
düzgün yönəldirib savadlı bir şəxs ol, insanlara xeyir ver, və yaxud
qatı bir cani olub hətta valideyinlərinin də qatilinə çevril.
Oğlan: Ata, bir gün gözünü açıb yanında ölmüş vəziyyətdə uzandığımı görsən nə hisslər keçirərsən ?
Ata:
O nə sözdür danışırsan, oğlum? Sənin həyatın hələ qarşıdadır. Sən hələ
cavansan yaşayıb yaxşı ilə pisi ayırd etməlisən. Pis düşüncəli insanlar
arasına düşərkən onlar kimi pis olmayasan, əksinə onları yaxşı yola sövq
edə biləsən.
Oğlan: Ata pislə yaxşının fərqi nədədir? Niyə hər zaman nəyəsə yaxşı, nəyəsə də pis deyirlər?
Ata:
Oğlum, hər hansı bir hadisənin və insanın pis və yaxud yaxşı
adlandırılması hər kəsin həyatı dərk etməsindən asılıdır. Bəzən birinə
yaxşı hisslər bəxş edən hadisələr digərinə nifrətinə səbəb olur. Bəzənsə
də əksinə...
Oğlan: Ata həyat nə deməkdir?
Ata: İnsan
həyatı bir zəncirə bənzəyir. Hər hərəkət bir halqa,hər uyğunluq isə
bağlantıya səbəb olur. Zəncir halqaları bir birinə bağlaraq uzanır.
Bəzən halqalardan biri balaca, bəzənsə digəri nisbətən böyük olur. Halqa
kimi bir-birinə bənzəsə də azca da olsa fərqi hiss olunur. Ömür
səhifələri də bu cürdür. Bəzən sevinc içində olub fərəh duyursan, bəzən
də sıxıntı içində olub bir küncə qısılırsan.Yenə də güc tapıb ayağa
qalxırsan, amma sonra yenə də fikir ümmanına qərq olursan.
آچار سؤزجوکلر:
گنج اوغلانین آتاسینا سواللاری..
آتا
اوغول
گنج
اوغلان
ata
oğlan
Gənc oğlanın atasına sualları
باخیش لار(0)
[cb:post_like]