1. Tez qalx. Məsələn, saat 5-də.
2. Tez yat. Məsələn, saat 21.00-da.
3. Az ye. Şirniyyatdan uzaq dur.
4. Ev işlərini bacardıqca özün et. Başqalarına elətdirmə.
5. Məqsədlərini böl. Məsələn, bir həyati məqsədin olsun. Amma bunun bəs
etməyəcəyini bil və həyatda nail olmaq istədiklərinə dair ayrı-ayrı balaca
hədəflərin olsun. Gələn ilin, gələn ayın, gələn həftənin və sabahkı günün
hədəflərini ayrı-ayrı, dəqiq şəkildə müəyyənləşdir. Hətta bir saat, bir dəqiqə
sonranın planını müəyyən et. Qulağında sırğa olsun: Böyük məqsədlərə gedən yol,
kiçik məqsədlərdən başlayır.
6. Qadınlardan uzaq dur.
7. Çox işləyərək ehtirasını öldür.
8. Yaxşı adam ol, amma başqalarının bunu bilməsinə icazə vermə.
9. Gücünün yetdiyindən daha az xərclə.
10. İndikindən on dəfə varlı olsan da, qətiyyən həyat tərzini dəyişmə...
Yeninefes.ge
|