خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

Oğru olmaq istəyirəm

یازار yazar :حسین واحدى
تاریخ:1394.10.4-06:06

Oğru olmaq istəyirəm

 

yazan : Hüseyn vahidi

haber

Hamını dindirdim, dedim «nə olmaq istəyirdiniz?» Bilmədim nədən heç kimsə oğərü olmaq istəmədi? Öz-özümlə; «çox gözəl yurduma düzlük gəlibdir, oğrular bu yurddan köçüblər, düzlüklərə yerlərin veriblər, nə gözəl!» -Dedim.

Sonunda özümdən soruşdum bu soruyu? Ay oğlan sən isə nə olmaq istəyirsən? Heç buna bir an-da düşünübəsn mi? Qayıdıb özümə belə söylədim:

mən oğru olmaq istəyirəm yurduma, dam-duvarından dırmaşam hər gün, elimin evlərindən kədəri-qəmi özümlə oğrulayıb aparam!

Oğru olmaq istəyirəm, gizlicə girəm xalqımın ürəkəlrinə, əlcək taxam əllərimə, ürəklərindən kini-nifərti, qazdırıb özümlə aparam!

Oğru olmaq istəyirəm, axşam üstü evlərə gedəm, televizyonları oğurlayam, bəlkə sevəgini yerinə qoyam, insanlar ayrılmaya bir-birindən, fikirlər ailə yanında ola, seriyallar-fılmlər aradan gedə, uşaqlar, ailə meyədana girə!

Oğru olmaq istəyirəm, dinmədən, səssizcə yurduma girəm, heç kim bilmədən eləcə gedəm, kimsə bilməyə ayrılıq necə oldu, kim oğruladı, kim qouymadı qardaş-qardaşdan, ata- baladan, bacı-bacıdan ayrıla bilsin, heç kimə demərəm mən oğurladım, mən aparmışam ayrılığınızı, tapa bilməsız onu heç yerdən, qaytarmaram  onu bir daha sizə!

Oğru olmaq istəyirəm, ana dənizlərin suyuna gedib dəniz bilmədən suların qapam, özümlə, qurumuş gölümə gətirm, qoymayam quruya, ürəklər sola!

Oğru olmaq istəyirəm, qaranlıq düşəndə, girəm yurduma, aclığı, yoxsulluğu götürüb qaçam, qoymayam bir uşaq ac yata bilsin, həsrətdə qoyam yoxsulluğu mən!

Oğru olmaq istəyirəm, mənliği, qururu, soy tapınmasın, oğrulayıb aparam, qoymayam kimsə deyə birinə, mən səndən üstünəm, öncə gəlmişəm!

Oğru olmaq istəyirəm, günəş çıxmamış girəm yurduma, bütün düşmənlikləri götürüb qaçam, qoymayam savaşı, qala yurduma, yerinə barışı-sülhü verm mən!

Oğru olmaq istəyirəm, bütün satqınları oğrulayam elimdən, elimdə rahatca nəfəsin çəkə, qoymayam yarpaqları sola elimin!

Oğru olmaq istəyirəm, bütün silahları yer üzündən oğurlamaq istə yırm...

Oğru olmaq istəyirəm mən, yazılarımdan haqqı silən olsa, onu oğurlamaq istəyirəm mən, qoymaram yazılarımdan haq sözü sılınıb alınsın məndən!                                                                                                  



یازی تورو :  

گؤندر - کلوب‌دات‌کام
باخیش لار(3) 
[cb:post_like]


Related Posts Plugin for WordPress, Blogger...