اورکده بوغولموش آرزولار
Ürəkdə boğulmuş Arzular
yazan: hüseyN vahidİ
Ana, uşağın qolundan çəkə-çəkə, küçədən evə aparmaq istəyirdi, qızcığaz isə, ağlaya- ağlaya, "mənə dunduyma al, mən donduyma istiyəm!" Deyirdi. Ana qonşuların yanında üzü qızara-qızara uşağı evə apardı. Çuruyub paslanmış qapını işilləyıb, həyətə girdilər.
Uşağın ağlamaq səsi evi altına almışdı. Uşaq həyətdə qalıb göz yaşları onun təkəcə yoldaşı oldu.
Ana, otaqdan, gecə yağış yağan zaman içəriyə qoyan qabları həyətə gətirib tavandan daman suları kərdiyə boşatdı. Qızcığaz, başın həyətdə olan böyük tağara dayayıb, dərin yuxuya cummuşdu.
Qapı döyüldü, ana qapını açmağa getədiş
Arvad, ərini görüb: "ay kışı nə oldu?" " yen qayıtdın?" –Dedi.
Kişi başını aşağı salıb üzücü səslə, «üç saatdı, fəhələ meydaninda buna-ona yalvarmaqdan yoruldum, iş yüxüyədü» -deyib yavaşca içəri girdi.
----------------------------------------
-donduyma: uşaq dilicə/ dondurma