خاطیره‌لر دوراغی (حیکایه‌لر)، حسین واحدی‌نین اؤزل بلوقو Hüseyn vahidi-nin özəl bloqu - Hekayələr

Dahilərin qəribə işləri

یازار yazar :حسین واحدى
تاریخ:1394.10.4-07:03

Viktor Hüqo

1862-ci ildə, məzuniyyətdə olan vaxt “Səfillər” romanına oxucuların münasibətini öyrənmək üçün naşirə bir işarədən ibarət teleqram vurur- “?”

Naşirin cavabı da lakonik olur – “!”.

Bu, bəşər tarixində ən qısa yazışma hesab olunur.

 

Lev Tolstoy

Tolstoyun qarmaqarışıq xətti varmış. Üstəlik yazısına əlavə və işarələr artırırmış. Onun xəttini yalnız arvadı Sofya Andreevna oxuya bilirmiş. Zavallı qadın “Hərb və sülh”ün üzünü bir neçə dəfə köçürməli olub. Psixatr Lombazo Tolstoyun xəttinə baxaraq onun ruhi pozğunluqları olan, yüngül həyat tərzi keçirən qadına məxsus olduğunu söyləyib.

 

Mark Tven

Zarafat etməyi öz hobbisinə çeviribmiş. İşdən vaxtı qalan kimi qəzet redaksiyalarına guya öz ölümü haqda yayılan şayiələrə açıqlama göndərirmiş. Mütləq sonunu bu şəkildə bitirirmiş: “Mənim ölümüm haqqında şayiələr həddən artıq şişirdilib”. Bu məktubları ilə redaktorları o qədər bezdirib ki, redaksiyadan ona belə cavab yazırlar: “Çox təəssüf ki”.

 

Anton Pavloviç Çexov

Arvadı Olqa Knipperə məktublarında standart əzizləmələrdən başqa qəribə müraciətlər də edirmiş: “itim”, “ilanım” və s.  Lirik yerlərdə isə “qəlbimin iti dişli timsahı” kimi ifadələrdən yararlanırmış.

 

Ernest Hemenquey

İctimai çıxışlar etməkdən qorxurmuş. Bundan başqa o ən səmimi oxucularının da təriflərinə inanmırmış. Dostlarındansa danışmağa belə dəyməz.

 

Onore de Balzak

Öz romanlarını qaranlıq düşəndən sonra, altı şamın işığında yazırmış. Ona elə gəlirmiş ki, gecə sonsuz, nəhayətsizdir, onun sərhədi yoxdur, o fasiləsiz işləyə bilər. Bəzən o  saatı geri və ya irəli çəkərək özünə gecə effekti yaradır, pərdələri bərk-bərk bağlayıb yazı masasına otururmuş.

 

Stiven Kinq

1970-ci ildə Amerika naşirləri bir yazıçının ildə birdən artıq kitab çap etdirməsini məqbul saymırmışlar. O zaman Stiven Kinq, Riçard Baxman təxəllüsü ilə kitablar yazıb nəşr etdirir. 1980-ci ildə bir kitab dükanı satıcısı üslubda dildə oxşarlığı hiss edir və konqresin kitabxanasından öz şübhələrini təsdiqləyən yazı tapır. O naşirləri bundan xəbərdar edir. Kinq onun ağzını yummaq üçün ona müsahibə söz verir. Daha sonra yazıçı mətbuat konfransı keçirib Riçard Baxmanın “təxəllüs xərçəngi”ndən öldüyünü deməyə məcbur olur.

 

Mopassan

Mopassan Eyfel qülləsinə qıcıq olurmuş. Eyfeli görməyə gözü olmasa da Mopassan qüllənin restoranlarından birində nahar edirmiş. Yazıçı öz hərəkətini məntiqlə də əsaslandırırmış: “Bura yeganə yerdir ki, buradan o lənətə gəlmiş qüllə görünmür”...

 qaynaq: kulis.az




یازی تورو :  

گؤندر - کلوب‌دات‌کام
باخیش لار(4) 
[cb:post_like]


Related Posts Plugin for WordPress, Blogger...